Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili fevralın 8-11-də nümayəndə heyəti ilə birlikdə Birləşmiş Krallığa səfər edəcək.
Parlamentin sədri Nümayəndələr Palatasının spikeri Lindsi Hoyl, Lordlar Palatasının spikeri Con Makfol və həmçinin Nümayəndələr Palatasının Xarici Əlaqələr və Müdafiə Komitələrinin üzvləri ilə görüşlər keçirəcək.
Birləşmiş Krallığın Gürcüstan məsələləri üzrə partiyalararası parlament qrupunun rəhbəri Conatan Canoğli və parlament qrupunun üzvləri ilə görüş planlaşdırılır.
Səfər çərçivəsində Şalva Papuaşvili Birləşmiş Krallığın baş nazirinin beynəlxalq məsələlər üzrə müşaviri David Kuer, Birləşmiş Krallığın Xarici İşlər və Avropa Məsələləri üzrə dövlət naziri Kris Hiton-Harris, London Ticarət Palatasının rəhbəri Riçard Berc və Westminster Foundation for Democracy-nin icraçı direktoru Entoni Smit ilə görüşəcək.
Parlamentin sədri nümayəndə heyəti ilə birlikdə yerli ekspertlər, mədəniyyət, təhsil və biznes sahələrinin nümayəndələri, gürcü tələbələrlə görüşlər keçirəcək.
Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.