Şalva Papuaşvili - Bir neçə QHT mürəkkəb seçim qaydalarında israr edir, onlar öz nümayəndələrinin seçilməsini istəyirlər, hər şey açıqdır, biz arqumentləri də deyirik və vətəndaşlar bunu dinləyirlər
Dezinformasiya cəhdidir, cəmiyyətimizi çaşdırmaqdır, guya seçim qaydası müstəqilliyi əsas şərtləndirən amildir-bu haqda Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili açıqlayıb.
Şalva Papuaşviliyə antikorrupsiya bürosunun rəhbərinin seçilməsi proseduru ilə bağlı sual ünvanlanıb.
“Dövlət auditinin rəhbəri, baş auditor parlamentdə sadə səs çoxluğu ilə, parlament sədrinin fərdi təqdimatı ilə seçilir, biz audit xidmətinin fəaliyyətdə olan rəhbərini belə seçmişik. Onun müstəqilliyi, nüfuzu, peşəkarlığı haqqında kimdənsə eşitmisiniz mi. Bunun heç bir əlaqəsi yoxdur. Müzakirə aparanlar, xüsusən də müxalifətə və mürəkkəb seçim qaydalarında israr edən bir neçə QHT-yə aiddir, bu qaydanın nəticəsi də odur ki, ya biz insanları ümumiyyətlə seçə bilmirik, ya da əslində onların istədikləri özlərinin seçmələridir, onların nümayəndələrinin seçilmiş olmasıdır. Müzakirə edəcəyik. Hər şey açıqdır. Biz arqumentlərimizi də açıq şəkildə deyirik və vətəndaşlar bunu dinləyirlər. Gürcü xalqı üçün nə yaxşı olarsa, hər şey belə ediləcək”- Papuaşvili açıqlayıb.