Şalva Papuaşvili - Bir çox ölkədə LGBT təbliğatı o səviyyəyə çatıb ki, ən yüksək vəzifəli şəxslər bəyanatlar verməli olurlar, bu risklərin sığortalanmış olması Gürcüstan vətəndaşlarının istəyidir
Müzakirə sakit və dinc keçir. Bu məsələdə ictimaiyyətin dəstəyinin açıq-aydın olduğunu düşünürəm, o cümlədən müxalifətin səssizliyi onların bu məsələ ilə bağlı heç bir tənqidinin olmadığını bizə göstərir, yeganə odur ki, onlar bunu dəstəkləməyə cəsarət etmirlər, çünki bu baxımdan tapşırıq verənlərə münasibətdə onlarda müəyyən qorxu və çəkinmə var – bu haqda Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili açıqlayıb.
Papuaşvili, təqdim olunan konstitusiya dəyişikliklərinin ümumi müzakirə obyekti olacağını bildirib.
“Cəmiyyət nəyi təyin edərsə, bu ölkədə qanun kimi təsdiq edilməli olan qaydadır. Arqumentlər sadədir. Ölkəmizin üzləşdiyi çağırışlar və görünən odur ki, dünyada trenddir, bu da Gürcüstana yavaş-yavaş daxil olur, cəmiyyətin mövqeyinin nə olduğunu, cəmiyyətimizin və onun sosial quruluşunun hansı çərçivədə olmasını istədiyimizi vaxtında müəyyən etməyimiz vacibdir. Bu səbəbdən bu dəqiqə ona reaksiya verilməsi vacibdir. Vəziyyətin elə səviyyəyə çatdığını və ən yüksək vəzifəli şəxslərin bu təbliğata qarşı çıxışlar, bəyanatlar vermək məcburiyyətində qaldığına şahid oluruq. Bu müzakirələr artıq absurd həddə çatıb. Cəmiyyət və bizimlə gedən müzakirələr təsdiqləyir ki, insanlar bu riskləri görür, bu risklərin sığortalanmış olması Gürcüstan vətəndaşlarının istəyidir. Hakimiyyət Gürcüstan xalqını təmsil edir və onların maraqlarının yürüdülməsini təmin edir”- Papuaşvili açıqlayıb.
“Gürcü Arzusu” partiyası ailə dəyərləri və yetkinlik yaşına çatmayan şəxslərin müdafiəsi ilə bağlı konstitusiya dəyişiklikləri hazırlayıb.