Şalva Papuaşvili -bir çox insandan Gürcüstana namizəd statusunun verilməməsinin səhv olması ilə əlaqədar fikir eşitdik, Almaniyada hamının mövqeyi Gürcüstanın tərəqqisini dəstəkləməkdir
Bir çox insandan iyunda Gürcüstana namizəd statusunun verilməməsinin səhv olması ilə əlaqədar fikir eşitdik. Hamının mövqeyi Gürcüstanın tərəqqisini dəstəkləməkdir-bu barədə parlament nümayəndə heyəti ilə Almaniyada işgüzar səfərdə olan parlamentin sədri Şalva Papuaşvili açıqlayıb.
O, Gürcüstanın namizəd statusunun verilməsi məqsədilə meyarlara cavab vermək üçün hər şeyi etdiyini bildirib. Şalva Papuaşvili növbəti qərarın müsbət olacağına ümid edir.
“Bu gün nümayəndə heyətimiz Almaniya Bundestaqının Cənubi Qafqaz ölkələri ilə dostluq qrupu, eləcə də müxtəlif siyasi qrupların xarici məruzəçiləri ilə görüşlər keçirib. Hamının ümumi mövqeyi var – Gürcüstanın Aİ-yə inteqrasiyası baxımından irəliləyişinə çoxpartiyalı və çoxfraksiyalı dəstək. Bir çox insandan iyunda Gürcüstana namizəd statusunun verilməməsinin səhv olması ilə əlaqədar fikir eşitdik, bu səbəbdən biz meyarlara cavab vermək üçün əlimizdən gələni edirik, hərçənd siyasi hissəyə gəlincə, Gürcüstanla bağlı qərarın iyunda verilməsinin daha yaxşı ola biləcəyinin tam dərk edildiyi düşüncəsindəyəm. Təbii ki, Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı növbəti qərar müsbət olacaq”- deyə Şalva Papuaşvili açıqlayıb.