Şalva Papuaşvili - beynəlxalq tərəfdaşları Kirbala kəndi yaxınlığında baş verənləri vaxtında qiymətləndirməyə və işğala son qoymaq üçün Rusiyaya təzyiqləri artırmağa çağırıram
Rusiya işğalçı qüvvələrinin nümayəndəsinin Gürcüstanın mülki vətəndaşı Tamaz Qinturini öldürdüyü Kirbala kəndi yaxınlığında dəhşətli fakt baş verib. Tamaz Qinturinin ailəsinə və yaxınlarına başsağlığı verirəm-bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “Facebook”da yazır.
“Bu faciə bir daha sübut edir ki, işğal hər gün ağır nəticələr qoyur, işğal xəttinə yaxın yaşayan insanlar və bütövlükdə dövlət üçün risklər daşıyır.
Gürcüstan hökuməti qanunsuz saxlanılan daha bir vətəndaşın azad edilməsi və günahkarın cəzalandırılması üçün bütün tədbirləri görür.
Mən beynəlxalq tərəfdaşları qeyd olunan faktı vaxtında qiymətləndirməyə və işğala son qoymaq üçün Rusiyaya təzyiqləri artırmağa çağırıram”-deyə Papuaşvili sosial şəbəkədə yazıb.
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti Rusiya işğalçı qüvvələrinin işğal altındakı Kirbala kəndi yaxınlığında yerli sakini qanunsuz olaraq saxlamağa cəhd göstərməsi zamanı odlu silahdan atəş açması nəticəsində bir Gürcüstan vətəndaşının həlak olması, bir vətəndaşın isə qanunsuz olaraq saxlanılması barədə məlumat yayıb.