Şalva Papuaşvili - bəyannaməyə, Gürcüstanın Avro-Atlantik yolunu və namizəd ölkə statusunun verilməsini dəstəklədiyinə görə Bolqarıstanın parlamentinə təşəkkürlər
Parlament bəyannaməsinə, Gürcüstanın Avro-Atlantik yolunu və namizəd ölkə statusunun verilməsini dəstəklədiyinə görə Bolqarıstanın parlamentinə təşəkkürlər – bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “Twitter” səhifəsində yazır.
Şalva Papuaşvili səmimi tərəfdaşlığı qiymətləndirdiyini bildirib.
“Bolqarıstanın parlamentinə və onun sədri, dostum Rosen Jeliazkova parlament bəyannaməsinə, Gürcüstanın Avro-Atlantik yolunu və namizəd ölkə statusunun verilməsini dəstəklədiyinə görə səmimi təşəkkürümü bildirirəm. Biz ümumi dəyərlərə, maraqlara və Avropa gələcəyinə əsaslanan səmimi tərəfdaşlığı qiymətləndiririk”- Şalva Papuaşvili yazır.
Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvilinin Bolqarıstanın paytaxtı Sofiyaya səfəri zamanı Bolqarıstanın parlamenti Gürcüstana Avropa İttifaqına namizəd ölkə statusunun verilməsini dəstəklədiyi bəyannaməni qəbul edib.