Şalva Papuaşvili - beş parlament qrupunun məqsədi namizəd statusu almaq, "Milli Hərəkat", "Lelo", "Quruculuq Strategiyası"nın məqsədi isə hakimiyyətə gəlməkdir
Şalva Papuaşvili - beş parlament qrupunun məqsədi namizəd statusu almaq, "Milli Hərəkat", "Lelo", "Quruculuq Strategiyası"nın məqsədi isə hakimiyyətə gəlməkdir

 

Özümüzə və proseslərə yönəlik səmimi olarsaq, “Milli Hərəkat”, “Lelo”, “Quruculuq Strategiyası” və parlamentdəki digər partiyaların məqsədlərinin müxtəlif olduğunu görərik-bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

O, “Milli Hərəkat” üçlüyünün məqsədinin hakimiyyətə gəlmək olduğunu bildirib.

“Ən vacibi parlamentin əsaslanaraq işlədiyi sənədə qayıtmaqdır. Bu, məhkəmə ilə əlaqədar iki məqamın vacib olduğu 12 bəndlik rekomendasiyalardır. Birinci rekomendasiya əvvəlcə məhkəmə islahatı strategiyasının hazırlanması, sonra bu strategiya əsasında müvafiq layihələrin hazırlanması və qanunvericilik islahatının həyata keçirilməsidir. Cədvəlimizə əsasən oktyabrın 1-nə kimi strategiyanın hazırlanacağını bilirsiniz, noyabrın 1-dən isə müvafiq dəyişikliklərin təşəbbüsü qaldırılacaq. Biz prosesi hələ fevral ayında başlatdıq, bundan irəli gələrək, bu fəaliyyət bir qədər irəli getmişdi. Parlament qrupları tərəfindən yazılı təhlil və qiymətləndirmələr bu işçi qrupuna təqdim edilib. Bu gün saat ikidə işçi qrupunun iclası keçiriləcək, iclasda bu fikirlərlə tanışlıq nəticəsində, yəni nələrin razılaşdırıldığı, nələrin razılaşdırılmadığı, hansı arqumentlərin olması barədə fikir mübadiləsi aparılacaq. Avropa İttifaqının bizdən gözlədiyi proses məhz budur. Bu, faktlara, arqumentlərə əsaslanan məzmunlu müzakirə olacaq və bu müzakirə əsasında da həll yolları axtarılacaq.

Özümüzə və proseslərə yönəlik səmimi olarsaq, “Milli Hərəkat”, “Lelo”, “Quruculuq Strategiyası” və parlamentdəki digər partiyaların məqsədlərinin müxtəlif olduğunu görərik. Parlament prosesində iştirak edən beş parlament qrupunun məqsədi namizəd statusu almaq, “Milli Hərəkat” ın üçlüyünün məqsədi isə hakimiyyətə gəlməkdir. Bu, məqsədlərdəki prinsipial fərqdir və əgər Gürcüstan namizəd statusunu alarsa, bu, birbaşa “Milli Hərəkat” üçlüyünün maraqlarına zidd olacaq. Bundan irəli gələrək, Gürcüstanda hansısa məsələlərlə bağlı ixtilaf varmış kimi görüntü yaratmaq və bununla namizədliyin perspektivinə xələl gətirmək üçün istənilən şəkildə prosesə mane olunduğuna şahid oluruq”-deyə Şalva Papuaşvili bildirib.