Şalva Papuaşvili - Baş nazirin Davosda keçirdiyi görüşlər müxtəlif təşkilatlara və qruplara Gürcüstana sərmayə qoymağa maraq göstərmək imkanı verir
Baş nazirin Davosda yüksək səviyyədə keçirdiyi siyasi görüşlər müxtəlif təşkilatlara və qruplara Gürcüstana sərmayə qoymağa maraq göstərmək imkanı verir”, – Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Şalva Papuaşvilinin qeyd etdiyinə görə, baş nazirin belə fəaliyyəti sayəsində Gürcüstanda son üç ildə 10-10 faiz, son bir ildə isə yeddi faiz iqtisadi artım olub.
“Eyni zamanda, Davosda keçirilən görüşlər də vurğulamaq lazımdır. İnvestisiyaların cəlb edilməsi üçün müxtəlif qurumlarla əlaqələrin qurulması vacibdir. Eyni zamanda, baş nazirin Davosda yüksək səviyyədə keçirdiyi siyasi görüşlər və bu kimi tədbirlər müxtəlif təşkilat və qrupların Gürcüstana sərmayə yatırmaqda maraqlı olmasına imkan yaradır. Bir daha deyirəm, bu cür görüşlərin və bu cür tədbirlərin, o cümlədən baş nazirin bu cür fəaliyyətinin nəticəsidir ki, Gürcüstanda son üç ildə 10-10 faiz, son bir ildə isə yeddi faiz iqtisadi artım olub. Üç illik müddət ərzində belə əhəmiyyətli artım misli görülməmiş haldır”, – Papuaşvili bildirib.
Müəllif -
Mehemmed Bayramaliyev