Şalva Papuaşvili Bartın mədənində baş verən faciə ilə bağlı Türkiyə Parlamentinin sədrinə başsağlığı verir
Gürcüstan Parlamentinin sədri, Şalva Papuaşvili türk həmkarı Mustafa Şentopa Bartın mədənində baş verən faciə ilə bağlı başsağlığı verir.
“Bartın vilayətində baş vermiş mədən faciəsi ilə bağlı səmimi başsağlığımı qəbul edin. Bu bədbəxt hadisədə həlak olanların ailələrinə və yaxınlarına səbr diləyir, xəsarət alanlara şəfa diləyirəm”, – Papuaşvili yazır.
Oktyabrın 14-də Bartın vilayətində mədəndə partlayış baş verdi. Son məlumatlara görə, partlayış nəticəsində 28 nəfər həlak olub.