Şalva Papuaşvili Azərbaycanın Baş naziri ilə görüşüb
Şalva Papuaşvili Azərbaycanın Baş naziri ilə görüşüb

 

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə görüşüb.

Parlamentin mətbuat xidməti tərəfindən verilmiş məlumatda tərəflərin Gürcüstan və Azərbaycan arasında tarixi dostluğu və uzunmüddətli səmərəli strateji tərəfdaşlığı xüsusilə vurğuladıqları deyilir.

“Görüşdə iki ölkə arasında müxtəlif istiqamətlərdə, o cümlədən parlament səviyyəsində, eləcə də ticarət, enerji, təhsil sahələrində əməkdaşlığa toxunulub.

Tərəflər regiondakı mövcud vəziyyəti müzakirə ediblər və Cənubi Qafqazda sülhün bərqərar olması üçün gələcək əməkdaşlığın vacibliyini vurğulayıblar.

Görüşdə Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi barədə razılığa gəliblər”- deyə parlamentin mətbuat xidmətinin məlumatında deyilir.

Görüşdə parlamentin vitse-spikeri Archil Talakvadze, parlamentin deputatları Zaur Darqali və Savalan Mirzoev, eləcə də Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataridze iştirak ediblər.