Şalva Papuaşvili Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edir
Şalva Papuaşvili Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edir

Gürcüstan Parlamentinin sədri, Şalva Papuaşvili Azərbaycan Respublikasını Müstəqillik Günü münasibətilə təbrik edir. Papuaşvili “tvitterdə” Azərbaycanlı həmkarına müraciət edir:

“Azərbaycan Müstəqillik Günü münasibətilə sizi təbrik edirəm. Hörmətli Sədr, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini elan etməsi ölkənin tərəqqisinə və yüksəlişinə yeni təkan verdi. Qardaş xalqlarımız üçün daha yaxşı gələcək naminə əlaqələrimiz gələcək onilliklərdə daha da möhkəmlənsin”.