Şalva Papuaşvili - Azərbaycanda keçirilən görüşlərdə biz iki ölkə arasında mövcud strateji tərəfdaşlıq haqqında xüsusilə danışdıq
Şalva Papuaşvili - Azərbaycanda keçirilən görüşlərdə biz iki ölkə arasında mövcud strateji tərəfdaşlıq haqqında xüsusilə danışdıq

 
Gürcüstanın parlament nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdədir, Azərbaycan Prezidenti və Baş naziri ilə görüşümüz oldu, hər iki görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında xüsusilə danışdıq-bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili açıqlayıb.

Papuaşvili görüşlərdə Gürcüstan-Azərbaycanın və bütövlükdə regionun son zamanlarda Avropa ilə Asiyanı birləşdirmək üçün xüsusi rolunun müzakirə edildiyini bildirib.

“Ölkələrimizdən keçən Asiyanın tranzit, Orta Dəhlizi Avropanın alternativ enerji qaynaqları mənbəyinə və eyni zamanda Asiya ilə ən sürətli və təhlükəsiz logistik əlaqəyə malik olması baxımından Avropa ilə Asiya arasında kritik əhəmiyyətə malik əlaqələrdən biridir. Bu məsələlər haqqında danışdıq. Eyni zamanda, səfər müxtəlif ölkələrin parlament nümayəndə heyətlərinin iştirak edəcəyi parlamentdə sabah Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlə əlaqədardır. Parlamentdə çıxış etmək imkanım olacaq. O dövrün rəhbərlərinin vaxtilə qəbul etdiyi müdrik və uzaqgörən qərarları xüsusilə vurğulamaq lazımdır, bu gün də müzakirə olunan strateji layihələr artıq fəaliyyət göstərir və genişlənmədən söhbət gedir. Əgər Heydər Əliyev və o nəslin rəhbərləri bu məsələləri qabaqcadan düşünməsəydilər alternativ yol barədə danışmaq mümkün olmayacaqdı. Bu tarixi əhəmiyyətli layihənin əsasını qoyan həm Azərbaycanda, həm Türkiyədə, həm də Gürcüstanda həmin nəslin liderlərinin oynadığı rol qeyd edilməlidir” -deyə Papuaşvili açıqlayıb.