Şalva Papuaşvili Azərbaycan səfirliyində açılan başsağlığı kitabında qeyd edib
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Azərbaycan Respublikasının səfirliyində açılan başsağlığı kitabında qeyd edib.
Şalva Papuaşvili “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması ilə bağlı dərin hüznlə kədərləndiyini bildirib, Azərbaycan hökumətinə və xalqına dəstəyini ifadə edib.
Dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-yə məxsus Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayıb. Təyyarə qəzası nəticəsində 38 nəfər həlak olub. Təyyarənin göyərtəsində 5 ekipaj üzvü və 62 sərnişin olmaqla 67 nəfər olub.