Şalva Papuaşvili – Avropada Gürcüstanın inkişafının düşmənləri var, gürcü xalqına qarşı düşmənçilik siyasəti dayandırılmalıdır, ilk növbədə bunu Brüssel etməlidir

12:25, 08.06.2026

Gürcü xalqına qarşı düşmənçilik siyasətinin dayandırılması vacibdir. Bu siyasətə ilk növbədə Brüssel son qoymalıdır. Bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistin sualını cavablandırarkən bildirib.

Jurnalist Papuaşviliyə belə bir sual ünvanlayıb: “Gələn həftə Avropa Şurasında və Avropa Parlamentində növbəti qətnamə müzakirə olunacaq. Müəlliflərdən biri Rasa Yukneviçyenedir. Söhbət Gürcüstanda demokratik institutların fəaliyyətindən gedəcək. Bu günə qədər bir çox qətnamə görmüşük. Bu qətnamələrin sizin üçün dəyəri nədir?”

Papuaşvili cavabında deyib:

“Heç bir dəyəri yoxdur, bu, yalnız informasiya səs-küyü yaratmağa xidmət edir. Təəssüf ki, Avropada ölkəmizin inkişafının düşmənləri var. Onlar birbaşa şəkildə ölkəmizə zərər vurmaq istəyirlər. Buna görə də bu düşmənçilik siyasətinə ilk növbədə Brüssel son qoymalıdır. Gürcüstana qarşı düşmənçilik siyasətinin dayandırılması onun əlindədir. Brüssel namizəd ölkəyə qarşı düşmən addımlar atanda, bu, Brüsselin Gürcü xalqı qarşısında götürdüyü öhdəliklərlə uzlaşmır. Axı bizim Assosiasiya Sazişimiz var. Buna görə də Assosiasiya Sazişinin qüvvədə olduğu şəraitdə düşmənçilik siyasətinin aparılması həmin sazişin pozulması və Gürcüstanın namizəd ölkə statusuna hörmətsizlikdir. Odur ki, gürcü xalqına qarşı bu düşmənçilik siyasətinin dayandırılması vacibdir”, – deyə Papuaşvili bildirib.

Oxşar