Şalva Papuaşvili - Avropa uzunmüddətli sülh və firavanlıq limanıdır
Şalva Papuaşvili - Avropa uzunmüddətli sülh və firavanlıq limanıdır

 

Ümid edirik ki, skeptiklərə baxmayaraq, 1950-ci ilin mayın 9-dakı kimi, Aİ tarixi və düzgün qərar qəbul edərək Gürcüstan, Ukrayna və Moldovaya namizəd statusu verəcək. Bu, Avropa Birliyinin gürcü, Ukrayna, Moldova xalqının səsinin eşidildiyinin, mübarizəmizin görüldüyünün təsdiqi olacaq-bu barədə Gürcüstan parlamentinin sədri “Avropa Günü”-nə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

Şalva Papuaşvilinin sözlərinə görə, bu il “Avropa Günü” Gürcüstanda fərqli mühitdə qeyd olunur, çünki 2022-ci ilin martın 3-də ölkə Aİ-yə üzvlük üçün müraciət edib,  bu isə Gürcüstan-Aİ münasibətlərində, dövlət quruculuğunda və möhkəmlənməsində yeni mərhələnin əsasını qoyub. Parlamentin sədri bu tarixi qərarın legitimliyinin gürcü xalqının sarsılmaz iradəsində olduğunu xüsusilə vurğulayıb.

“Bu il “Avropa Günü”-nü fərqli mühitdə qeyd edirik. 2022-ci ilin martın 3-də Gürcüstan Avropa İttifaqına üzv olmaq üçün müraciət etdi və bununla da Gürcüstan-Aİ münasibətlərində, dövlət quruculuğunda və möhkəmlənməsində yeni mərhələnin əsası qoyuldu. Bu, həqiqətən də tarixi hadisədir – bu qərarın tarixi-konstitusion əsası və legitimliyi gürcü xalqının sarsılmaz iradəsində, Gürcüstanın Birinci Respublikasının irsində və hələ 1921-ci ilin Konstitusiyasında təsbit olunmuş demokratik və mütərəqqi dəyərlərdədir”-deyə Şalva Papuaşvili bildirib.

Parlamentin sədri Rusiyanın Ukraynaya hərbi təcavüzündən danışıb. Onun sözlərinə görə, azadlıq uğrunda müharibə 2022-ci ildə Ukrayna ilə başlamayıb və Gürcüstan müstəqilliyinin ilk dəqiqələrindən Avropa gələcəyi uğrunda mübarizəyə qoşulub.

“Bu gün Ukrayna azadlıq uğrunda müharibə aparır – bu müharibə ki 2022-ci ildə Ukrayna ilə başlamamış və sadəcə Ukraynaya aid deyil.  Bu, Avropa seçimi uğrunda mübarizədir. Bu, biz gürcülərin 1990-cı və 2008-ci illərdən bəri çox yaxşı bildiyi bir mübarizədir. Gürcüstan müstəqilliyinin bərpasının ilk dəqiqələrindən bu mübarizəyə qoşulub. Bu, Gürcüstanın Avropa müraciəti, əhalimizin tarixi seçimi uğrunda mübarizədir və bu, bizim Avropa gələcəyimiz və Avropa ailəsi uğrunda səylərimiz istiqamətində tökülən qanımızdır.

Bu gün də, cari işğala və onun faciəli nəticələrinə baxmayaraq, gürcü xalqı bu seçimini dəyişmir. Dəyişmir, çünki məhz Avropa Gürcüstanın xilas olması, kimliyi, dəyərlərini qorumasının yeganə alternatividir; Məhz Avropa uzunmüddətli sülh və firavanlıq limanıdır” -deyə Şalva Papuaşvili bildirib.

Parlamentin sədri ukraynalıların acısını ən yaxşı gürcülərin başa düşdüyünü bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı tərəfindən Gürcüstan, Moldova və Ukraynaya namizəd ölkə statusu verilməsi Avropanın bu ölkələrin səsini eşitdiyinə, mübarizəsini gördüyünə sübut olacaq.

“Bugünkü günü ikiqat emosiyalarla qarşılayırıq. Bir tərəfdən bizi incidir və biz gürcülər Ukraynanın ağrısını ən yaxşı başa düşənlərdənik və biz Ukraynanın öz torpaqlarını müdafiə etmək üçün apardığı mübarizəni əlimizdəki bütün imkanlarla dəstəkləyirik. Biz Gürcüstanın bu aydın mesajını Ukrayna xalqına çatdırmaq üçün Gürcüstan parlamentinin nümayəndə heyəti olaraq Ukraynada, Buçada və İrpendə – müassirliyin Qaqra və Tamaraşenisində olduq. Digər tərəfdən, biz Avropaya ümidlə baxırıq. Biz artıq Avropa Komissiyasının göndərdiyi sorğu vərəqəsinin birinci hissəsini Aİ-nin Gürcüstandakı səfirinə təhvil vermişik, ikinci və sonuncu hissə  sabah Avropa İttifaqına təqdim ediləcək. Ümid edirik ki, skeptiklərə baxmayaraq, 1950-ci ilin mayın 9-dakı kimi, Aİ tarixi və düzgün qərar qəbul edərək Gürcüstan, Ukrayna və Moldovaya namizəd ölkə statusu verəcək. Bu, Avropa Birliyinin gürcü, Ukrayna, Moldova xalqının səsinin eşidildiyinin, mübarizəmizin görüldüyünün təsdiqi olacaq.  Avropa bizim ümumi arzularımızın, dəyərlərimizin və gələcəyimizin evidir. Ona görə də bizim bu Avropadan başqa gözləntimiz ola bilməz”–deyə parlamentin sədri bildirib.