Şalva Papuaşvili Avropa Şurası baş katibinin müavini ilə görüşüb
Şalva Papuaşvili Avropa Şurası baş katibinin müavini ilə görüşüb

Parlamentin sədri Şalva Papuaşvili Avropa Şurası baş katibinin müavini Byorn Berqe ilə görüşüb.

Parlamentin mətbuat xidmətinin məlumatına görə, Şalva Papuaşvili Gürcüstana müxtəlif istiqamətlərdə uzunmüddətli dəstəyinə görə Avropa Şurasına minnətdarlığını bildirib.

“O, diqqəti ilk dəfə olaraq “işğal xətti” ifadəsindən istifadə etməklə Gürcüstanın bölgələrinin işğalını tanıyan Avropa Şurası baş katibinin son konsolidasiya edilmiş hesabatına yönəldib. Parlamentin sədri həmçinin Gürcüstanın Aİ-nin tövsiyələrini yerinə yetirmək istiqamətində əldə etdiyi irəliləyişləri də müzakirə edib.

Byorn Berqe Avropa Şurası ilə Gürcüstan arasında səmərəli əməkdaşlığı vurğulayıb. O, Gürcüstanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyini müsbət qiymətləndirib, nəticədə insan hüquqları və ətraf mühitin mühafizəsi gündəmdə prioritet məsələlər kimi müəyyən edilib.

Byorn Berqe Avropa Şurasının Gürcüstanla bağlı 2024-2027-ci illər üçün dördüncü fəaliyyət planının təsdiqindən danışıb və bu plan vasitəsilə Avropa Şurası Gürcüstanın Avropaya inteqrasiyasını təşviq etmək üçün əlindən gələni edəcək.

 O, həmçinin Avropa Şurasının Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə qəti dəstəyini təsdiqləyib”- parlamentin mətbuat xidmətinin məlumatında qeyd edilib.