Şalva Papuaşvili - Avropa perspektivini əldə etmək nailiyyətdir, çünki başqa mərhələyə keçirik, şərtlər yerinə yetirilən kimi bizə namizədlik veriləcək
Şalva Papuaşvili - Avropa perspektivini əldə etmək nailiyyətdir, çünki başqa mərhələyə keçirik, şərtlər yerinə yetirilən kimi bizə namizədlik veriləcək

 

Bu gün Avropa perspektivini əldə etdik, bu nailiyyətdir və vacibdir, çünki başqa mərhələyə keçirik – bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

Onun sözlərinə görə, şərtlər yerinə yetirilən kimi Gürcüstana qeyd-şərtsiz namizədlik veriləcək.

“Avropa Komissiyası bunun qeyri-adi vəziyyət olduğunu və Ukraynanın öz Avropa gələcəyi üçün fəal mübarizə apardığına görə bunun qiymətləndirildiyini bildirdi, lakin biz bunun da şərti olduğunu gördük. Təbii ki, Avropa həm namizəd statusu, həm də daha sonra çətin proses olan üzvlüyün də layiqlik əsasında verilməsinə dair öz yanaşmasına sadiq qalır. Gürcüstana gəlincə, özlərinə nə qədər əziyyət vermə dərəcəsinə düşmələri təəccüblü yanaşmadır və bizim opponentlərimiz cəmiyyətimizi bu vəziyyətə salmaq istəyirlər. Assosiasiya Sazişi hazırlanarkən və orada Avropa perspektivinin olması üçün imzalanmalı olanda çox böyük zəhmət, mübarizə ortaya qoyulmuşdu. Təəssüf ki, biz o mərhələdə Avropa perspektivini əldə edə bilmədik. Bu gün Avropa perspektivini əldə etdik, bu nailiyyətdir və önəmlidir, çünki başqa mərhələyə keçirik.

Namizəd statusuna gəlincə, hər üç ölkəyə yönəlik ümumi qərar şərtidir. Əgər bizə namizəd statusu versəydilər, bu şərtlər onsuz da yerinə yetirilməli olacaqdı. Şərtlər yerinə yetirilən kimi bizə qeyd-şərtsiz namizədlik veriləcək. Qərar hələ qabaqdadır. Əgər əsas uğurdan danışırıqsa, əsas uğur bizim Avropa İttifaqına üzv olmağımızdır. Buna görə də təbii ki, Avropa perspektivi bu perspektivə bizi yaxınlaşdıran bir addımdır. Statusumuz olsa belə şərtlərin yerinə yetirilməsi gərəkəcəkdi. Şərtlər yerinə yetirilən kimi bizə qeyd-şərtsiz namizədlik veriləcək” -deyə Şalva Papuaşvili bildirib.