Şalva Papuaşvili Avropa Parlamentinin Xarici İşlər Komitəsinin sədri və üzvləri ilə görüşüb
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa Parlamentinin (AFET) Xarici İşlər Komitəsinin sədri Devid Makalister və komitənin üzvləri ilə görüşüb.
Şalva Papuaşvili Avropa Parlamentinin Gürcüstanın ərazi bütövlüyü və Avropa gələcəyinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib. Parlament sədri Avropa Şurasının Gürcüstana Avropa perspektivinin verilməsi ilə bağlı qərarını xüsusilə vurğulayıb.
Tərəflər Gürcüstanın Avropa İttifaqına inteqrasiyasını və Avropa Komissiyasının təqdim etdiyi 12 rekomendasiyanın icrasını ətraflı müzakirə ediblər.
Avropa Parlamentinin nümayəndə heyətinin sualına cavab olaraq Şalva Papuaşvili qeyd edib ki, Gürcüstan artıq rekomendasiyaların icrası prosesinə başlayıb və Gürcüstan parlamenti növbəti 6 ay ərzində onların həyata keçirilməsi üzərində fəal işləməyə davam edəcək.
Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.