Şalva Papuaşvili Avropa Parlamentinin Gürcüstan üzrə məruzəçisi, Sven Mikser ilə görüşdü
Parlamentin sədri, Şalva Papuaşvili Avropa Parlamentinin Gürcüstan üzrə məruzəçisi, Sven Mikser ilə görüşdü.
Parlamentin mətbuat xidmətinin məlumatına görə, Şalva Papuaşvili Sven Mikserə Gürcüstanın Avropa perspektivini dəstəklədiyinə və assosiasiya razılaşmasının icrası ilə bağlı hesabatın hazırlanmasında Gürcüstanın göstərdiyi səylərə görə təşəkkürünü bildirdi.
“Şalva Papuaşvili 2024-cü ildə Avropa İttifaqına üzvlük üçün müraciətə hazırlıq prosesində Parlamentin mühüm rolunu vurğuladı. Həmçinin, Gürcüstanın assosiasiya razılaşması çərçivəsində həyata keçirdiyi və planlaşdırdığı islahatlardan, Gürcüstanla Avropa İttifaqı arasında təhsil, təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq barəsində söhbət etdi. Tərəflər Parlament həyatı və ölkədəki cari prosesləri də müzakirə etdilər”, – Parlamentin mətbuat xidmətinin məlumatında deyilir.
Elə onların məlumatına görə, Sven Mikser Avropa Parlamentinin Gürcüstanın ərazi bütövlüyünə və Avropa cəhdlərinə güclü dəstəyini bir daha təsdiqlədi.