Şalva Papuaşvili Avropa Parlamentinin birinci vitse-prezidenti ilə görüşüb
Şalva Papuaşvili Avropa Parlamentinin birinci vitse-prezidenti ilə görüşüb

 

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa Parlamentinin birinci vitse-prezidenti Otmar Karas ilə görüşüb. Görüşdə tərəflər Gürcüstanın Avropa İttifaqının tövsiyələrinin icrası prosesində əldə etdiyi irəliləyişi müzakirə ediblər.

Şalva Papuaşvili Gürcüstan parlamentinin həyata keçirdiyi və planlaşdırdığı qanunvericilik dəyişiklikləri barədə ətraflı danışıb. Avropa Parlamentinin birinci vitse-prezidenti Gürcüstanın səylərini müsbət qiymətləndirib və Avropa Parlamentinin dəstəyini ifadə edib.

Görüşdə Şalva Papuaşvili və Otmar Karas həmçinin parlamentlər arasında ikitərəfli münasibətləri dərinləşdirmək istəklərini bildiriblər.

Görüş Xorvatiyanın paytaxtı Zaqrebdə Krım Beynəlxalq Platformasının birinci parlament sammiti çərçivəsində keçirilib.

Parlamentin sədri ilə birgə görüşdə Gürcüstan parlament nümayəndə heyətinin üzvləri, vitse-spiker Arçil Talakvadze və Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze iştirak ediblər.