Şalva Papuaşvili - Avropa Komissiyası tərəqqini qiymətləndirir, onlar bir neçə dəfə bu baxımdan avropalı parlamentarilərin bəyanatlarının heç bir məna kəsb etmədiyini bizə xüsusi olaraq təsdiqlədilər
Şalva Papuaşvili - Avropa Komissiyası tərəqqini qiymətləndirir, onlar bir neçə dəfə bu baxımdan avropalı parlamentarilərin bəyanatlarının heç bir məna kəsb etmədiyini bizə xüsusi olaraq təsdiqlədilər

 
Biz bu filmə artıq baxmışıq – eyni ssenari, eyni rejissor, eyni aktyorlar, bütün bunların içinə əlavə edilmiş eyni mahiyyət – bu barədə avropalı parlamentari tərəfindən hazırlanan qətnaməyə düzəlişlər haqqında ünvanlanan suala cavabında Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

Şalva Papuaşvili bütün bunların incidici olduğunu bildirib.

Bununla belə, parlament sədrinin də qeyd etdiyi üzrə, Gürcüstanın Avropa İttifaqı ilə yaxınlaşmasında qeydə alınan tərəqqini Avropa Parlamenti deyil, Avropa Komissiyası qiymətləndirir.

“Biz görürük və bütün cəmiyyət bunun necə baş verdiyini izləyirdi. Bir tərəfdən məruzəçi, Gürcüstan məsələləri ilə məşğul olan parlamentin üzvü tərəfindən qətnamə layihəsi hazırlandı. Gürcüstana, gürcü xalqına münasibəti ilə tanınan eyni adamlar tərəfindən sonradan bu layihəyə müxtəlif düzəlişlər edildiyinin şahidi olduq. Təbii ki, bu, incidicidir, çünki biz Gürcüstana yönəlik yalnız bir – Mixeil Saakaşvili ilə dostluq münasibəti olan bir neçə avropalı parlamentarini görürük. Mixeil Saakaşvili ilə dostluq avtomatik olaraq Gürcüstanla dostluq mənasına gəlmir. Bu müzakirə çərçivəsində acı bir reallığın şahidi oluruq. Görək parlament bundan sonra nələri nəzərə alacaq, lakin, dəfələrlə şahidi olduğumuz sıxışdırılmış yoldur. Əsas odur ki, Gürcüstanın Avropa İttifaqı ilə yaxınlaşmasında qeydə alınan tərəqqini Avropa Parlamenti deyil, Avropa Komissiyası qiymətləndirir. Onlar bir neçə dəfə Gürcüstanın tərəqqisini qiymətləndirmək baxımından avropalı parlamentarilərin bəyanatlarının, münasibətinin və s. heç bir əhəmiyyəti olmadığını bizə xüsusi olaraq təsdiqlədilər” – deyə Şalva Papuaşvili bildirib.