Şalva Papuaşvili Avropa İttifaqının səfiri Pavel Herçinski ilə görüşüb
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski ilə görüşüb. Tərəflər Avropa İttifaqının 12 tövsiyəsinin icrası prosesini, eləcə də Gürcüstanın bu istiqamətdə irəliləyişi ilə bağlı Avropa İttifaqının rəyləri və gözləntilərini müzakirə ediblər.
Şalva Papuaşvili qeyd edib ki, Gürcüstan parlamenti əvvəlcədən yazılmış plana uyğun olaraq tövsiyələr üzərində işi başa çatdıracaq.
Görüşdə Şalva Papuaşvili və Pavel Herçinskii ikitərəfli münasibətlərin gündəliyində olan digər məsələlər barədə də danışıblar, o cümlədən Avropa Komissiyasının yaxın gələcəkdə Gürcüstana yüksək səviyyəli səfərinin vacibliyini vurğulayıblar.
Aİ səfiri Aİ Nümayəndəliyinin tövsiyələrin icrası prosesində Gürcüstana dəstəyi davam etdirəcəyini vurğulayıb.
Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.