Şalva Papuaşvili Avropa İttifaqının Ədalət Məhkəməsinin prezidenti ilə görüşüb
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa İttifaqının Ədalət Məhkəməsinin prezidenti Koen Lenart ilə görüşüb.
Parlamentin mətbuat xidmətindən verilən məlumatda görüşdə Şalva Papuaşvilinin Gürcüstanın Avropa İttifaqına üzvlük yolundan danışdığı və Avropa İttifaqı qanunvericiliyinə yaxınlaşma baxımından Gürcüstanın irəliləyişini vurğuladığı deyilir.
İdarədən verilən məlumatda Koen Lenartın Gürcüstan qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılmasını alqışladığı və parlamentə gələcək islahatların həyata keçirilməsində uğurlar arzuladığı qeyd olunub. O, həmçinin gürcü tərəfini Avropa İttifaqının Ədalət Məhkəməsinin və ədliyyə sisteminin fəaliyyəti ilə tanış edib.
Görüş Şalva Papuaşvilinin və onu müşayiət edən nümayəndə heyətinin Lüksemburqa səfəri çərçivəsində baş tutub.
Parlament nümayəndə heyətinin tərkibinə parlamentin sədri ilə birlikdə deputatlar Maka Bochorişvili, Qiorqi Amilaxvari, Xatia Tsilosani, Rima Beradze, Elquca Qotsiridze və Xatuna Samnidze daxildir.