Şalva Papuaşvili - Avropa İttifaqı ilə vizasız rejim Gürcüstan vətəndaşları üçün hiss olunandır və həyatı əhəmiyyət kəsb edir
Şalva Papuaşvili - Avropa İttifaqı ilə vizasız rejim Gürcüstan vətəndaşları üçün hiss olunandır və həyatı əhəmiyyət kəsb edir

 

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Aİ və Şengen ölkələri ilə vizasız rejimin qüvvəyə minməsinin beşinci ildönümü ilə əlaqədar Tvitter səhifəsində yazır.

Papuaşvilinin də qeyd etdiyi üzrə, Avropa İttifaqı ilə vizasız rejim Gürcüstan vətəndaşları üçün hiss olunandır və həyatı əhəmiyyət kəsb edir.

“Bu gün biz daim inkişaf edən Aİ-Gürcüstan tərəfdaşlığı nəticəsində Gürcüstan vətəndaşları üçün həyatı əhəmiyyət kəsb edən, nəzərəçarpacaq fayda verən Aİ/Şengen zonası ilə vizasız rejimin qüvvəyə minməsinin beşinci ildönümünü qeyd edirik. Gürcüstan pasportu böyük dəyərə malikdir, 119 ölkədə viza/vizasız daxil olma üzrə qlobal reytinqdə 30-cu yerdədir” – deyə Şalva Papuaşvili yazır.