Şalva Papuaşvili - aprelin 29-da gəlin və siz avropalı parlamentarilər qrupunun kimlərə sanksiya tətbiq etmək istədiyini görəcəksiniz, onlar sual verməyən itaətkar gürcü cəmiyyəti istəyirlər
Şalva Papuaşvili - aprelin 29-da gəlin və siz avropalı parlamentarilər qrupunun kimlərə sanksiya tətbiq etmək istədiyini görəcəksiniz, onlar sual verməyən itaətkar gürcü cəmiyyəti istəyirlər

Avropalı parlamentarilər qrupu sual verməyən itaətkar gürcü cəmiyyəti istəyir, – bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə müsahibəsində bildirib.

“Gürcü xalqına necə sanksiya tətbiq oluna bilər, mən başa düşə bilmirəm, bu ağlasığmazdır. Deputatlar kimlərdir?! Aprelin 29-da gəlin siz avropalı parlamentarilər qrupunun kimlərə sanksiya tətbiq etmək istədiyini görəcəksiniz. Reallıqda təbii ki, belə bir şey absurddur. Bu, sadəcə olaraq, mən deyərdim ki, qorxutma üsuludur, çünki Avropa Parlamentinin bu qrupu itaətkar gürcü cəmiyyətini, sual verməyən, birbaşa göstərişlərə əməl edən və əslində itaətdə azadlıq olduğunu deyən və cəhallətdə güc olduğunu deyən itaətkar cəmiyyət istəyir.”, – deyə Şalva Papuaşvili bildirib.