Şalva Papuaşvili - anketin ictimailəşdirilməsi ilə bağlı qərarı hökumət verəcək, əsas odur ki, müxalifət konstruktiv olsun, hökumətdən yan keçərək məktublarla müraciət yersizdir
Şalva Papuaşvili - anketin ictimailəşdirilməsi ilə bağlı qərarı hökumət verəcək, əsas odur ki, müxalifət konstruktiv olsun, hökumətdən yan keçərək məktublarla müraciət yersizdir

Müxalifətin bir hissəsi səbəbsiz işlə məşğuldur, – Şalva Papuaşvili jurnalistin səkkiz müxalif partiya tərəfindən Avropa komissarı, Oliver Varheyə yazılan məktuba aid olan sualına bu cür cavab verdi.

Şalva Papuaşvilinin qeyd etdiyinə görə, Avropa İttifaqının sorğu anketi hökumət tərəfindən doldurulmalıdır və hökumət bunun üzərində işləyir.

“Suala gəldikdə, bu barədə müzakirəni hökumət aparacaq və ictimailəşdirmə də problem yoxdur. Bilirsiniz ki, müddətlər çox qısadır. Doldurma üçün bir ay vaxt var. Bundan irəli gələrək, hakimiyyət tam diqqətinin bunun üzərində cəmləşdirməlidir. Burada nəsə sirli və ya xüsusi bir şey yoxdur. Bu barədə hökumət müzakirə aparaca və qərar qəbul edəcək. İş oraya qədər gedib çıxmayıb ki, ictimailəşdirmə-ictimailəşdirməmədən müzakirə olsun. Baxaq, anket ictimailəşdiriləcək ya yox. Əsas odur ki, ümxalifət bu prosesdə konstruktiv olsun, bu bizim hamımızın ümumi işidir. Hökumətdən yan keçərək məktublarla müraciət və sair, yersizdir”, – Papuaşvili bəyan etdi.

Səkkiz müxalifət deputatı Avropa komissarı, Oliver Varheyə məktubla müraciət etdi. Deputatlar Avropa İttifaqının anketinin ictimaiyyət üçün əlçatarlı olmasını tələb edirlər.