Şalva Papuaşvili Ana Tsitlidzeyə müraciət edib- sizdə butulka var və nəsə planlaşdırdığınıza dair şübhə var, ekstravaqant bir şey etməyəcəyinizə inam yoxdur, təəssüf ki, bu salonda pis təcrübəmiz olub
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin “Milli Hərəkat”ın üzvü Ana Tsitlidzeyə əlində tutduğu butulkanı saxlamağa çağırış etməsindən sonra parlamentin iclas salonunda iğtişaş yaranıb.
“Xanım Ana Tsitlidze, sizdə butulka var, nəsə planlaşdırdığınıza dair şübhə var. Xahiş edirəm o butulkanı mandatura təhvil verin, çıxanda sizə qaytararlar, problem yoxdur. Təəssüf ki, bu salonda pis təcrübəmiz olub və sizdən təhvil verməyinizi xahiş edirik. Ana xanım, təəssüf ki, ekstravaqant bir şey etməyəcəyinizə inam yoxdur və o zaman, o biri tərəfdə əyləşin” – deyə Şalva Papuaşvili Ana Tsitlidzeyə müraciət edib.
Bundan sonra mandatur xidmətinin nümayəndələri Tsitlidzedən butulkanı saxlamağı xahiş ediblər, o, bundan imtina edib və bu, iğtişaşlara səbəb olub. Əksəriyyət üzvləri ona səsləniblər- “iç”.
Hazırda plenar iclasda səs-küy müşahidə olunur. Quram Macharaşvilinin çıxışı onların qışqırıqları ilə müşaiyət olunub.
Müxalifət nümayəndələri parlamentin komitə sədrlərindən çıxışa başlamağı tələb edirlər.
Prosedura əsasən, qanun layihəsinin təşəbbüskarlarından olan Quram Macharaşvili sualları cavablandırıb. İndi siyasi debat başlayır, partiyalar öz mövqelərini ifadə edə bilərlər, bundan sonra da komitə sədrlərinin çıxış etmək hüququ olacaq.