Şalva Papuaşvili Amerika Birləşmiş Ştatlarının səfiri Kelli Deqnan ilə görüşüb
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Amerika Birləşmiş Ştatlarının fövqəladə və səlahiyyətli səfiri Kelli Deqnan ilə işgüzar görüş keçirib.
Tərəflər parlament sədrinin yanvarın 26-da NATO-nun Brüsseldəki baş-qərargahına səfərini yekunlaşdıraraq, səfər çərçivəsində keçirilən görüşləri və NATO-Gürcüstan Komissiyasının iclasını müzakirə ediblər.
Görüşdə Gürcüstanda aparılan islahatları, siyasi proseslər və gələcək planları da müzakirə ediblər.
Məlumatı parlamentin mətbuat xidməti yayır.