Şalva Papuaşvili Almaniya Bundestaqının vitse-prezidenti ilə görüşüb
Şalva Papuaşvili Almaniya Bundestaqının vitse-prezidenti ilə görüşüb

 

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Almaniya Federativ Respublikası Bundestaqının vitse-prezidenti Katrin Göring-Eckardt ilə görüşüb.

Parlamentin mətbuat xidmətinin məlumatına görə, Şalva Papuaşvili görüşdə, Gürcüstan və Almaniyanı çoxillik sıx əməkdaşlıq və dostluq birləşdirdiyini qeyd edib.

O, Almaniyanın Gürcüstanın ərazi bütövlüyünə və Avropa gələcəyinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib.

“Tərəflər Gürcüstanın Avropa İttifaqına üzvlük yolu ətrafında fikir mübadiləsi aparıblar və Gürcüstana Avropa perspektivinin verilməsinin vacibliyini vurğulayıblar. Şalva Papuaşvili, Gürcüstanın namizəd statusu əldə etmək üçün Avropa Komissiyasının rekomendasiyalarının həyata keçirilməsi üzərində fəal işləyəcəyini qeyd edib. Şalva Papuaşvili və Katrin Görinq-Eckardt həmçinin Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzünü və onun Gürcüstan və region üçün nəticələrini müzakirə ediblər” -deyə məlumatda deyilir.