Şalva Papuaşvili Almaniya Bundestaqında Gürcü-alman Forumunun üzvləri ilə görüşüb
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Almaniya Federativ Respublikasının Bundestaqında Gürcü-alman Forumunun üzvləri ilə görüşüb.
Parlamentin mətbuat xidmətindən verilən məlumatda tərəflərin Gürcü-alman Forumunun Gürcüstan-Almaniya əlaqələrinin möhkəmlənməsinə və genişlənməsinə verdiyi töhfəni müsbət qiymətləndirdiyi deyilir.
Şalva Papuaşvili forumun iki ölkə arasında institusional tərəfdaşlığın möhkəmləndirilməsi üçün əlavə platforma yaratdığını qeyd edib. Şalva Papuaşvili forum üzvləri ilə Gürcüstanın Avropa İttifaqı və NATO-ya daxil olmaq yolunda irəliləyişindən danışıb və Almaniyanın dəstəyinin əhəmiyyətini vurğulayıb.
Gürcü-alman Forumunun üzvləri iki ölkə arasında siyasi, iqtisadi, mədəni və elmi əməkdaşlığı gücləndirməyə dair hazırlıq ifadə ediblər və Almaniyanın Gürcüstana Aİ-yə namizəd statusunun verilməsini dəstəklədiyini qeyd ediblər.
“Gürcüstan nümayəndə heyətini salamlayır və onları qəbul etdiyimizə görə şadıq. Gürcüstana Avropaya inteqrasiya və NATO-ya üzvlük yolunda kömək etməyə hazırıq. Biz ölkənizin irəliləyişinə və Gürcüstanla diplomatik münasibətlərimizin uzun tarixə malik olmasına şadıq” -deyə Gürcü-alman Forumunun prezidenti İosef Rif açıqlayıb.
Gürcüstan parlamentinin nümayəndə heyəti parlamentin sədri Şalva Papuaşvilinin rəhbərliyi ilə səfər çərçivəsində Almaniyanın paytaxtında yüksək siyasi vəzifəli şəxslərlə ikitərəfli görüşlər keçirir. Nümayəndə heyətinin tərkibinə parlamentin sədri ilə yanaşı, Nikoloz Samxaradze, Anri Oxanaşvili, Levan Kobiaşvili, Nino İobaşvili, İrakli Şatakişvili və Xatuna Samnidze daxildir.