Şalva Papuaşvili - aclıq dövləti məcburetmə forması deyil, belə davranış Saakaşvilini penitensiar sistem və ya həkimlərlə daha çox əməkdaşlıq etməməyə sövq edir
Aclıq- dövləti qərarları qəbul etməyə məcburetmə forması deyil, bu səbəbdən mən onları aclığı dayandırmağa, sağlamlıqlarının qayğısına qalmağa çağırdım-bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “Milli Hərəkat”ın aclıq aksiyası keçirən deputatlarını ziyarət etdikdən sonra jurnalistlərə bildirib.
Papuaşvili bildirib ki, bu, onların hüququdur və onlar ac qala bilərlər, həmçinin parlament aparatı ilə əməkdaşlıq da vacibdir və bu baxımdan parlamentdə sülh olmalıdır.
“Parlament belə məsələlərlə bağlı çağırış yeri deyil. Gürcüstan hüquq dövlətidir, bütün məsələlər hüquqi prosedurlarla həll olunur və çağırışlar, məcburetmə, təhdid, üstəlik də öz sağlamlığı bahasına yol verilməzdir. Əksinə, bu cür davranış son nəticədə Mixeil Saakaşvilini penitensiar sistem və ya həkimlərlə daha çox əməkdaşlıq etməməyə sövq edir” -deyə Şalva Papuaşvili açıqlayıb.
“Milli Hərəkat”ın deputatları Davit Kirkitadze, Ana Tsitlidze və Abdula İsmayılov dekabrın 15-də aclıq aksiyası elan ediblər. Bu gün onlara “Milli Hərəkatın” digər deputatı Temur Canaşia da qoşulub. Şalva Papuaşvili aclıq aksiyası keçirən deputatlarla görüşüb.