Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Aİ-nin Gürcüstandakı nümayəndə heyətinin rəhbəri Pavel Herçinski ilə görüşüb.
Parlamentin mətbuat xidmətindən verilən məlumatda tərəflərin Aİ-nin tövsiyələrində və assosiasiya sazişində nəzərdə tutulan məsələlərin icrasının gedişatını müzakirə etdikləri deyilir.
Verilən məlumatda parlamentin 2023-cü ilin yaz sessiyası ilə bağlı planları, eləcə də Avropa İttifaqının 2023-cü ildə planlaşdırdığı qiymətləndirmə prosesi barədə də söhbət aparıldığı deyilir.
Parlament tərəfindən yayılmış məlumatda Aİ səfirinin Gürcüstana Avropaya inteqrasiya prosesində dəstəyini ifadə etdiyi qeyd olunub.