Şalva Papuaşvili - ABŞ səfirinin çaşdırıcı açıqlaması radikal müxalifətdə ajiotaja səbəb oldu, heç kimin Ukrayna qanununu müzakirə etməkdən rəsmi olaraq imtina etmədiyi faktdır
Şalva Papuaşvili - ABŞ səfirinin çaşdırıcı açıqlaması radikal müxalifətdə ajiotaja səbəb oldu, heç kimin Ukrayna qanununu müzakirə etməkdən rəsmi olaraq imtina etmədiyi faktdır

 

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ABŞ-ın Gürcüstandakı səfiri tərəfindən de-oliqarxizasiya qanunu ilə bağlı çaşdırıcı açıqlama verildiyini bildirib. Papuaşvili bu cür əsaslı məsələlərlə bağlı çaşdırıcı bəyanatların təəssüf doğurduğunu qeyd edib.

Papuaşvili bildirib ki, heç kimin Ukrayna qanununu müzakirə etməkdən rəsmi olaraq imtina etmədiyi faktdır.

“Təəssüf ki, ABŞ səfirinin dünənki çaşdırıcı bəyanatı radikal müxalifətdə ajiotaj yaradıb. Təəssüf ki, bu cür əsaslı məsələlərlə bağlı çaşdırıcı bəyanatlar verilir. Biz bu layihənin hələ də müzakirəsinin aparılması ilə bağlı Avropa Şurasından cavabın şahidi olduq. Bundan əlavə, bu layihənin hansı statusda olduğunu öyrənmək məqsədilə mənim kabinetim də dünən Venesiya Komissiyasına yazılı müraciət etdi və biz rəsmi cavab da gözləyirik. Heç kimin Ukrayna qanununu müzakirə etməkdən rəsmi olaraq imtina etmədiyi faktdır, o cümlədən Aİ Nümayəndəliyindən belə məlumat almamışıq” -deyə Şalva Papuaşvili bildirib.

Papuaşvili səfirin ola bilsin yanlış məlumata sahib olduğunu söyləyib.

“Ola bilsin ki, nəsə yanlış məlumata sahib olsun. Bu prosesdə belə çaşdırıcı bəyanatların səsləndirilməməsi çox vacibdir, çünki yalnız radikal qruplar hər dəfəsində narahatlıq yaratmaq məqsədilə hansısa mövzu tapmaq üçün bundan istifadə edirlər. Bu səbəbdən açıqlama verməzdən əvvəl bu cür məlumatların yoxlanılması vacibdir” -deyə Şalva Papuaşvili bildirib.

ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan dünən bildirib ki, Ukrayna “De-oliqarxizasiya” qanununu Venesiya Komissiyasından geri götürüb və indiki mərhələdə nəticəni gözləmir.