Şalva Papuaşvili ABŞ-ın yeni təyin olunmuş səfiri Robin Danniqan ilə görüşüb
Parlamentin sədri Şalva Papuaşvili Amerika Birləşmiş Ştatlarının yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Robin Danniqan ilə görüşüb.
Şalva Papuaşvili Robin Danniqana yeni işində uğurlar arzulayıb və ABŞ və Gürcüstan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində onunla sıx əməkdaşlıq etmək arzusunda olduğunu bildirib.
ABŞ-ın yeni səfiri qeyd edib ki, Amerika hökuməti və onun missiyası Gürcüstanla bütün istiqamətlərdə əlaqələri daha da gücləndirəcək və bu baxımdan o, Gürcüstan parlamenti ilə fəal işləməyə hazırdır.
Tərəflər Gürcüstan parlamentinin gündəliyini, ölkədə baş verən hadisələri, ABŞ-ın yeni səfirinin planlarını və iki ölkə arasında parlament əlaqələrinin aktivləşdirilməsi imkanlarını müzakirə ediblər. Həmçinin geniş regionda gedən proseslərdən danışıblar.
Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayıb.