Şalva Papuaşvili - 2022-ci ildə qəbul edilmiş qanunların 30 faizi Avropa Komissiyasının tövsiyələrinin yerinə yetirilməsinə xidmət edib, parlament bu istiqamətdə 82 qanun qəbul edib
Şalva Papuaşvili - 2022-ci ildə qəbul edilmiş qanunların 30 faizi Avropa Komissiyasının tövsiyələrinin yerinə yetirilməsinə xidmət edib, parlament bu istiqamətdə 82 qanun qəbul edib

 

Parlament 12 tövsiyə üzərində çox məhsuldar işləyib, 2022-ci ildə qəbul edilmiş qanunların 30 faizi bu tövsiyələrin yerinə yetirilməsinə xidmət edən qanunlar olub-bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlayıb.

O, Avropa Komissiyasının tövsiyələrini yerinə yetirmək məqsədilə parlament tərəfindən 82 qanun, dəyişiklik qəbul edildiyini bildirib.

“Bilirsiniz ki, hazırda rəy üçün Venesiya Komissiyasında iki məsələ var – məhkəmə islahatları paketi və de-oliqarxizasiya haqqında qanun, biz mart ayında cavab gözləyirik və Venesiya Komissiyasından qiymət alan kimi parlament bu layihələr üzərində fəaliyyətini davam etdirəcək. Xalq müdafiəçisinin və Ali Ədliyyə Şurasının seçilməsinə gəlincə, bunlar parlament əksəriyyətindən asılı olmadığını dediyimiz məsələlərdir. Burada müxalifətin konstruktiv əməkdaşlığı önəmlidir. Təəssüf ki, hər iki halda müxalifətin ultimatum yolunu seçdiyini gördük. Proses başlamazdan əvvəl, müsabiqə elan olunmazdan əvvəl müsahibələr keçirilir, onlara sadiq namizədlərin adları çəkilir və ultimatum qoyulurdu ki, ya bu namizədlər seçilsin, ya da heç kim seçilməsin, azlığın çoxluğu ultimatumla hansısa qərar qəbul etməyə məcbur etməsi nə parlament prosesinə, nə də ki, demokratik prosesə uyğun deyil. Ombudsmanın və Ali Ədliyyə Şurasının üzvlərinin seçilməsi ilə bağlı sürülən ultimatumlar antidemokratik yanaşmadır”-deyə Şalva Papuaşvili açıqlayıb.