Şalva Papuaşvili - 2012-ci ildən sonra Strasburq Məhkəməsinə həbsxanalarla bağlı bir dənə də olsun şikayət daxil olmayıb, bu, bugün cəzaçəkmə müəssisələrində vəziyyətin nə qədər fərqli olduğunu göstərir
Şalva Papuaşvili - 2012-ci ildən sonra Strasburq Məhkəməsinə həbsxanalarla bağlı bir dənə də olsun şikayət daxil olmayıb, bu, bugün cəzaçəkmə müəssisələrində vəziyyətin nə qədər fərqli olduğunu göstərir

2012-ci ildən Strasburq Məhkəməsinə həbsxanalarla bağlı heç bir şikayət daxil olmayıb. Bu, penitensiar müəssisələrdə vəziyyətin bugün nə qədər fərqli olduğunu göstərir, – Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

Bundan əlavə, Papuaşvilinin sözlərinə görə, İnsan Hüquqlarının Müdafiəsi Komitəsi Gürcüstanın Xalq Müdafiəçisinin bəyanatında yer alan bütün məsələlərə diqqət yetirəcək.

“Xalq müdafiəçisi, ilk növbədə, parlament üçün mühüm orqandır, o, parlamentlə əməkdaşlıq edərək, insan hüquqlarının vəziyyətini müşahidə edir və bu və ya digər sektorla bağlı etdiyi qiymətləndirməni parlamentə bildirir. Ona görə də xalq müdafiəçisinin rəyi bizim üçün önəmlidir. Penitensiar müəssisələrlə bağlı hər kəsə xatırlatmaq istərdim ki, 2012-ci ilə qədər insan hüquqlarının pozulması, ciddi pozuntularla bağlı əsas şikayətlər həbsxanalarda insan hüquqlarının pozulması faktından irəli gələrək Strasburqa yollanırdı. 2012-ci ildən sonra, vurğulayıram ki, Strasburq Məhkəməsinə həbsxanalarla bağlı bir dənə də olsun şikayət daxil olmayıb. Bu, bugün cəzaçəkmə müəssisələrində vəziyyətin nə qədər fərqli olduğunu göstərir. Digər məsələlərə gəlincə, istər qanunvericilik tənzimləmə ehtiyacı olsun, istərsə də təcrübənin təkmilləşdirilməsi zərurəti olsun, bu məsələlərə görə də Xalq Müdafiəçisi Parlamentlə birlikdə bu məsələlər üzərində işləmək üçün oradadır. Təbii ki, insan hüquqlarının müdafiəsi komitəsi bütün bu məsələlərə diqqət yetirəcək, daha ətraflı baxacaq, hər hansı əlavə qanunvericilik tənzimləməsinə ehtiyac olarsa, biz bunu edəcəyik, praktikada təkmilləşmə lazım olarsa, bu da olacaq”, – Şalva Papuaşvili bildirib.