Şalva Papuaşvili - 2007-ci ilin 7 noyabrı xalqın “Milli Hərəkat” üçün çıxardığı siyasi hökm idi, çox təəssüf ki, rejimin yaradıcısının hələ də siyasətdə olmaq ambisiyası var
Şalva Papuaşvili - 2007-ci ilin 7 noyabrı xalqın “Milli Hərəkat” üçün çıxardığı siyasi hökm idi, çox təəssüf ki, rejimin yaradıcısının hələ də siyasətdə olmaq ambisiyası var

Təəssüf ki, “Milli Hərəkat” hələ də siyasətdə fəaldır və rejimi yaradan şəxs hələ də siyasətdə olmaq ambisiyasına malikdir-bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili açıqlayıb.

Papuaşvilinin sözlərinə görə, 7 noyabr gürcü xalqının “Milli Hərəkat” üçün çıxardığı siyasi hökm idi.

“Mixeil Saakaşvili rejimini və “Milli Hərəkat”ı yada salarkən təəssüflər olsun ki, bu rejimi yaradan partiya hələ də siyasətdə fəaldır və həbsdə, daha doğrusu xəstəxanada olan bu rejimin yaradıcısı  hələ də siyasətdə olmaq ambisiyasına malikdir. Hesab edirəm ki, noyabrın 7-si məhz gürcü xalqının “Milli Hərəkat” üçün çıxardığı siyasi hökm idi, xüsusən də o zaman “Milli Hərəkat”ın siması özünü biruzə verdi. Onun mətbuata və ümumilikdə insanlara münasibətinə gəlincə, bu səbəbdən gürcü xalqı heç vaxt “Milli Hərəkat”ı hakimiyyətə yaxın belə buraxmayacaq”- Şalva Papuaşvili bildirib.