Şalva Natelaşvili "xalq parlamentinin" yaradılması təşəbbüsü ilə çıxış edir
Şalva Natelaşvili "xalq parlamentinin" yaradılması təşəbbüsü ilə çıxış edir

“Leyborist partiyasının” lideri Şalva Natelaşvili müxalifət partiyaları tərəfindən xalq parlamentinin yaradılması ideyası ilə çıxış edir.

Onun dediyinə görə, yaxın günlərdə partiyalar toplanacaqlar və qeyd olunan məsələyi ilk punktlardan biri olaraq, müzakirə edəcəklər.

Natelaşvili qeyd etdi ki, müxalifət qüvvələrinin koordinasiyası və siyasi proseslərin idarəedilməsi gərəkir.

“Hazırda qeyri-legitim bir parlament var, hansının konstitusiya məsələləri ilə bağlı qərarlar verməyə kompetensiyası yoxdur. Ona görə də, indi müxalifət qüvvələrinin konsolidasiyası və müvəqqəti olaraq, xalqının fikrini bildirən bir nümayəndə strukturunun olması lazımdır” – dedi Natelaşvili.