Şalva Natelaşvili - Bütün ölmüş qohumlarm dirilib, xahiş etsələr də bu parlamentdə ayağım olmayacaq
Şalva Natelaşvili - Bütün ölmüş qohumlarm dirilib, xahiş etsələr də bu parlamentdə ayağım olmayacaq

Mixeil Saakaşvilinin faktiki lider olaraq, “Milli Hərəkatın” funksiyasında öz rolu var, ancaq ümumi müxalifət üçün onun heç bir rolu yoxdur. Birləşmiş müxalifət bütün qərarları razılaşaraq verir və xaricdən təsirə tabe olmur” – bu bəyanatı “Leyborist partiyasının” lideri Şalva Natelaşvili verdi.

Parlamentə daxil olmaq məsələsinə gəlincə isə, Natelaşvili deyir ki, mövqeyi dəyişməyəcək.

“Bugün bütün partiyalar birləşib, parlamentə daxil olsalar da, sizin qulunuz olan Şalva Natelaşvili xalqın yanında qalacaq. Qərarımı kimsə dəyişdirə bilməz. Saakaşvili yox ki, bütün ölmüş qohumların dirilib, xahiş etsələr də, bu parlamentdə ayağım olmayacaq. Mən ölkəmizin və uşaqalarımızın gələcəyini oliqarxa sata bilmərəm” – dedi Şalva Natelaşvili.