Şalva Xaçapuridze M.Saakaşvilinin işi ilə bağlı Strasburq məhkəməsinə şikayət ərizəsinin göndərildiyini bildirir
Strasburq məhkəməsinə sənəd göndərilib, əsasən bu sənəd Saakaşvilinin sağlamlıq vəziyyətini yaxşılaşdıracaq müalicə növünün tətbiq edilməsi üçün onun səhhəti və müalicəsinə aiddir-bu barədə Mixeil Saakaşvilinin vəkili Şalva Xaçapuridze açıqlayıb.
Xaçapuridze sənədlərin bütün qanunlara və standartlara uyğun olaraq göndərildiyini bildirib.
“Bildiyiniz üzrə Avropa İttifaqı qətnamə qəbul edib və Gürcüstan hakimiyyətinin humanistlik nümayiş etdirməsi və onun müalicə üçün xaricə köçürülməsi ilə bağlı müxtəlif sənədlər qəbul olunub. Gürcü, xarici ekspertlər və xalq müdafiəçisinin birdən çox rəyi, o cümlədən məhkəmə proseslərindən sonra tərtib edilmiş sonuncu rəy sübutlardır. Strasburq məhkəməsi faktiki olaraq oxşar məsələyə heç vaxt baxmayıb. Tələb olunan tamamilə bütün qanunlara və standartlara uyğun olaraq göndərilib və ona hansı müddət ərzində baxılacağını söyləmək çətindir. Bununla ajiotaj yaratmaq niyətində deyilik, görək, gözləyək. Biz gözləntilərə xüsusi vurğu etmək istəmirik. Bildiyiniz üzrə Strasburq presedent ədliyyə məhkəməsidir və qərarla bağlı özləri dərc edəcəklər” -deyə Xaçapuridze açıqlayıb.