Şalva Alaverdaşvili - Dağ-xizək kurortlarında ikinci sezon faktiki olaraq batdı və obyektlərin 60 faizi satılır
“Fevralın birindən dağ kurortları açılmayacaq və iki həftə sonra nə olacağına baxarıq” mövqeyi bizə bir mesajdır ki, dağ kurortları bu il açılmayacaq, – bu bəyanatı “Mehmanxanalar və restoranlar federasiyasının” təsisçisi Şalva Alaverdaşvili iqtidar administrasiyasında keçirilən görüşdən sonra verdi.
Onun dediyinə görə, belə görüşlə daha öncə keçirilməli idi və dağ kurortları məsələləri müzakirə edilməli idi.
“Dağ kurortlarının açılmaması mənim üçün qeyri-məqbuldur. Dağ kurortlarının açılıb-açılmamsı ilə bağlı cavab yerinə “baxarıq, görərik” eşidirik. “Görək” deməklə bu iş olmur. Martın birində açılsa da artıq mənası yoxdur, obyektlərin 95 faizi yenə qapalı olacaq.
Dağ kurortlarının ikinci sezonu batdı və obyektlərin 60 faizi satılır. Ümumiyyətlə iqtisadi vəziyyət çox ağır olacaq” – dedi Şalva Alavaerdaşvili.