Salome Zurabişvilinin Polşaya işgüzar səfəri başlayıb
Salome Zurabişvilinin Polşaya işgüzar səfəri başlayıb

 

Gürcüstan Prezidenti Salome Zurabişvilinin Polşaya işgüzar səfəri başlayıb. Səfər çərçivəsində Salome Zurabişvili bu gün Polşa Respublikasının Prezidenti Anjey Duda ilə təkbətək görüşəcək. Varşava şəhərində Polşa Respublikası Prezidentinin sarayında prezidentlərin təkbətək görüşündən sonra mətbuata açıqlamalar veriləcək.

Gürcüstanın Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zurab Beridze prezidentlərin görüşündə ölkələr arasında ikitərəfli münasibətlərin inkişafı məsələlərinin müzakirə olunacağını bildirib.

“Polşa bizim tərəfdaş ölkə kimi bu gün bizim üçün çox aktual olan Avropa və Avro-Atlantik inteqrasiya prosesində Gürcüstanı ənənəvi və tarixən dəstəkləyib. Ümid edirəm ki, bu görüşdə bu bir daha təsdiqlənəcək” -deyə Zurab Beridze açıqlayıb.

Gürcüstan Prezidentinin Osventsim şəhərində Gürcüstan və Polşa poçtunun birgə markası-„Müqəddəs rahib Qriqol Peradze”nin təqdimatı və imzalanma mərasiminin keçiriləcəyi Müqəddəs Qriqol Peradzenin əzablı ölümünün 80 illiyinə həsr olunmuş tədbirdə iştirakı planlaşdırılır. Gürcüstan Prezidenti işgüzar səfəri zamanı Krakovda prezident Lex Kaçinskinin və xanımının məzarı üzərinə əklil qoyacaq, xatirələrini ehtiramla yad edəcək.

Məlumatı Gürcüstan Prezidentinin Administrasiyası yayır.