Gürcüstan prezidenti Salome Zurabişvilinin Moldova Respublikasına işgüzar səfəri başlayıb.
Gürcüstan prezidentinin qarşılanma mərasimi Kişinyov Beynəlxalq Hava Limanında fəxri qarovul dəstəsinin müşayiəti ilə keçirilib.
Dövlət başçısını Kişinyov Beynəlxalq Hava Limanında Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin dövlət katibi Vladimer Kuk və Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin Dövlət Diplomatik Protokolunun rəhbəri Mixail Barbulat qarşılayıblar.
Gürcüstan prezidenti Kişinyova işgüzar səfəri çərçivəsində Moldova Respublikasının prezidenti Maya Sandu ilə həm təkbətək, həm də geniş tərkibdə görüşlər keçirəcək.
Bu gün Moldova Respublikasının parlamentinin sədri İqor Qrossu ilə görüş keçiriləcək.
Gürcüstan prezidenti Moldova Respublikasına Gürcüstanın Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Levan Diasamidze, Gürcüstan Prezident Administrasiyasının rəhbəri Natia Sulava və Gürcüstan XİN-nin Avropa Departamentinin direktoru Nino Barataşvilinin daxil olduğu nümayəndə heyəti ilə birlikdə səfər edib.
Gürcüstan prezidenti Gürcüstan və Moldova paytaxtları arasında birbaşa müntəzəm reyslərin təyin edilməsi çərçivəsində həyata keçirilən ilk reyslə Tbilisidən Kişinyova gedib.
Uçuşlar Kişinyov-Tbilisi-Kişinyov istiqamətində 2022-ci ilin oktyabrın 31-dək həftədə iki dəfə, 2022-ci ilin noyabrından isə həftədə dörd dəfə həyata keçiriləcək.