Salome Zurabişvilinin illik hesabatının təqdimatı prosesində parlamentdə baş nazir və hökumət üzvləri iştirak edəcək
Baş nazir və hökumət üzvləri Gürcüstan prezidenti Salome Zurabişvilinin illik hesabatının təqdimatı prosesində parlamentdə iştirak edəcəklər. Bu barədə Gürcüstanın Birinci Kanalına hökumət administrasiyasının mətbuat xidmətindən məlumat verilib.
Prezident Salome Zurabişvili bu gün parlamentdə illik hesabatla çıxış edəcək.
Bu, Salome Zurabişvilinin prezident səviyyəsində dördüncü illik hesabatı olacaq.