Salome Zurabişvilinin illik hesabat ilə çıxışı ilə bağlı Parlament və Prezident Administrasiyası arasında məsləhətləşmələrin aparılması mümkündür
Salome Zurabişvilinin illik hesabat ilə çıxışı ilə bağlı Parlament və Prezident Administrasiyası arasında məsləhətləşmələrin aparılması mümkündür

Parlamentdə prezident, Salome Zurabişvilinin illik hesabat ilə çıxışı ilə bağlı Parlament və Prezident Administrasiyası arasında məsləhətləşmələrin aparılması mümkündür.

Parlamentin Prosedur məsələləri üzrə Komitəsinin sədri, İrakli Kadaqişvilinin dediyinə görə, prezidentin bəyanatından sonra Parlamentin iclasının çağırılması ilə bağlı heç bir bəyanat verilməyib.

Elə onun aşıqlamasına görə, məsələ ilə bağlı Parlament və Prezident Administrasiyası arasında məsləhətləşmələrin aparılması mümkündür.

“Şənbə müqəddəs gün deyil ki? – tarix barəsində məsləhətləşmələr aparılmalıdır. Konstitusiya ilə, prezidentin Parlamentdə çıxış hüququ var və tarix barəsində məsləhətləşmələr olacaq. Burada nəsə xüsusi bir şey yoxdur”, – İrakli Kadzqişvili jurnalistlərə bəyan etdi.

Martın 2-də Prezident Administrasiyası Gürcüstan Parlamentinə prezident, Salome Zurabişvilinin martın 5-də qanunvericilik orqanınaa illik hesabat təqdim etmək qərarı barəsində məlumat verdi.