Salome Zurabişvilinin iqamətgahı yaxınlığında Mixeil Saakaşvilinin əfv olunmaması tələbi ilə aksiya keçirilir
Salome Zurabişvilinin iqamətgahı yaxınlığında Mixeil Saakaşvilinin əfv olunmaması tələbi ilə aksiya keçirilir

 

Gürcüstan Prezidenti Salome Zurabişvilinin iqamətgahı yaxınlığında Mixeil Saakaşvilinin əfv olunmaması tələbi ilə aksiya keçirilir.

Aksiya iştirakçılarının qeyd etdiyi kimi, onlar Salome Zurabişviliyə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin cinayətlərini xatırlatmaq istəyirlər.

Buta Robakidzenin anası İa Metreveli, Sulxan Molaşvilinin qardaşı Tornike Molaşvili və Qiorqi Qamtsemlidzenin atası Cambul Qamtsemlidze dünən aksiya barədə çağırış ediblər.