Salome Zurabişvili - Zviad Qamsaxurdiya tərəfindən keçirilən referendum silahdır ki, rus işğalı onu dəf edə bilmədi və edə bilməyəcək

Zviad Qamsaxurdiya tərəfindən keçirilən referendum silahdır ki, rus işğalı onu dəf edə bilmədi və edə bilməyəcək, – bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili, Zviad Qamsaxurdiyanın yubiley tarixi ilə bağlı yaydığı müraciətində bəyan edir.

“Bu günki gün bizim tariximiz üçün möhtəşəm gündür. Bu gün Gürcüstanın birinci prezidenti, Zviad Qamsaxurdiyanın 80 illik yubileyidir. Gürcüstanın beşinci prezidenti kimi, bu günki gün münasibəti ilə onun ailəsini və bütün ictimaiyyəti təbrik etmək istəyirəm.

Bu günki günü – 1991-ci ilin martın 31-də referendum keçirildi. Referendumun ideası da, təşəbbüsü də və təşkili də Zviad Qamsaxurdiyaya məxsusdur. Həmin referendum 1921-ci ildə Rusiya əsgərləri tərəfindən ölkəmizin əlindən alınan müstəqilliyi bərpa etdi.

Bunun üçün birinci prezident ölkəsinin, ictimaiyyətin hörmətinə layiqdir. Bu referendumun gücü məhz odur ki, o, bütün Gürcüstan ərazisində, Samaçabloda, Abxaziyada keçirildi. Həmin referendumun arxasında bütün Gürcüstan dururdu.

Zviad Qamsaxurdiya tərəfindən keçirilən referendum silahdır ki, rus işğalı onu dəf edə bilmədi və edə bilməyəcək”, – Salome Zurabişvili bəyan edir.