Gürcüstan Prezidenti Salome Zurabişvili bu gün Kocoridə yunkerlərin abidəsi önünə, həmçinin parlament sarayının fasadına qoyulmuş yunkerlərin xatirə lövhəsi önünə əklil qoyub və 1921-ci ilin fevralında Kocori-Tabaxmela döyüşlərində həlak olan yunkerlərin xatirəsini ehtiramla yad edib.
Bu barədə Gürcüstanın Prezident Administrasiyası məlumat yayır.
“Təəssüf ki, Gürcüstan Prezidenti parlament tərəfindən dəvət olunmadığına görə ona parlamentin həyətində yerləşən müjdələmə adına ibadətxanda yunkerlərin ruhunun anım mərasimində iştirak etmək və dövlət qurumlarının digər nümayəndələri ilə birlikdə kursantların xatirəsini yad etmək imkanı verilməyib” – Prezident Administrasiyasının məlumatında deyilir.