Salome Zurabişvili - Yezid icmasını "Tavafa Ezidi" bayramı münasibətilə təbrik edirəm, dini müxtəliflik tolerantlıq nümunəsidir, bu da Gürcüstanın Avropa ailəsinin bir hissəsi olduğunu açıq şəkildə göstərir
Gürcüstan Prezidenti Salome Zurabişvili Gürcüstanın yezid icmasını “Tavafa Ezidi” bayramı münasibətilə təbrik edib.
Salome Zurabişvilinin sosial şəbəkədə yazdığı kimi, ölkənin dini müxtəlifliyi gürcü mədəniyyəti və cəmiyyətinin tolerantlığının mühüm nümunəsidir.
“Gürcüstanın yezid icmasını “Tavafa Ezidi” bayramı münasibətilə təbrik edirəm, onlara cansağlığı arzulayıram. Ölkənin dini müxtəlifliyi gürcü mədəniyyətinin və cəmiyyətinin tolerantlığının mühüm nümunəsidir ki, bu da Gürcüstanın Avropa ailəsinin bir hissəsi olduğunu və ona qayıtmalı olduğunu açıq şəkildə göstərir”- Salome Zurabişvili yazır.