Salome Zurabişvili - Yeni prezidenti seçəcək legitim parlament yoxdur, ona görə də mən sizin prezident olaraq qalıram
Yeni prezidenti seçmək üçün legitim parlament yoxdur, ona görə də mən sizin prezident olaraq qalıram. – Bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili məlumat verib.
Zurabişvilinin qeyd etdiyi kimi, indiki siyasi proseslərin başında o olacaq.
“Mən bu siyasi prosesin başında olacağam, sizin prezident olaraq qalacağam. Qanuni parlament yoxdur. Qeyri-legitim parlament yeni prezident seçə bilməz, andiçmə mərasimi ola bilməz və mənim yerimə qanuni olaraq birini seçəcək qanuni seçilmiş parlament olana qədər mənim mandatım davam edir. Mən sizinləyəm və sizinlə olacağam”, – Salome Zurabişvili bildirib.